XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 November 2019 - 15:07

BDU-nun yataqxanasında zəhərlənmə:ölən tələbənin adı açıqlandı

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi zamanı dünyasını dəyişən tələbənin kimliyi məlum olub.

O, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır/Report.

Xatırladaq ki, hadisə bu gün Mətbuat küçəsi 36 ünvanında qeydə alınıb. Həkimlər hadisə yerinə çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.

İki tələbənin müalicəsi davam edir.