XƏBƏR LENTİ

10 Dekabr 2019

Digər Xəbərlər

21 Noyabr 2019 - 18:35

Milli Məclisin deputatları Moskvaya gedir –Regionlararası Forum keçiriləcək

Noyabrın 22-də və 23-də Rusiya Federasiyasının Moskva şəhərində 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Strateq.az MM-ə istinadla xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və Azərbaycan Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin Forumda iştirak edəcəklər.

Azərbaycan İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə keçiriləcək bu tədbirdə nəqliyyat və logistika, kənd təsərrüfatında qarşılıqlı əlaqələrin perspektivləri, turizm və humanitar sahələrdə əməkdaşlığın inkişafı mövzularında müzakirələr aparılacaqdır.

Forumun sonunda əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.