XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 12:59

Almaniyadan Azərbaycana inək daşıyan TIR [color=red]atəşə tutuldu

Almaniyadan Azərbaycana cins inəklər gətirən və Polşa nəqliyyat firmalarından birinə məxsus olan TIR Rusiya ərazisində avtomatdan atəşə tutulub.  

Bu haqda “Polşa radiosu”na həmin nəqliyyat firmasının sahibi Valdemar Yaşur məlumat verib.  Onun bildirdiyinə görə, hadisə ötən gecə baş verib. Naməlum şəxslər Dağıstan yaxınlığında TIR-a avtomatlardan atəş açıblar. Güllələr avtomobilin korpusunu deşib, bununla belə sürücü yara almayıb.

O, avtomobili ən yaxın “QAİ” postuna qədər çatdıra bilib. Valdemar Yaşur deyib ki, atəş açanların motivi məlum deyil. Ola bilsin silahlılar avtomobilin daşıdığı yükü, ya özünü ələ keçirmək istəyiblər. Lakin firma sahibi deyib ki, bu insidenti törədənlərin məqsədinin Polşa nəqliyyat firmalarının Rusiya ərazisindən yükdaşımalardan çəkindirilməsi olduğu da istisna deyil.

Valdemar Yaşur 20 ildir bu bizneslə məşğul olduğunu, ancaq ilk dəfədir firmaya məxsus TIR-ın atəşə tutulduğunu deyib.    Fevralın 1-dən etibarən Polşa yük maşınları Rusiya ərazisinə buraxılmır. Çünki Rusiya Polşa ilə beynəlxalq yükdaşımalar barədə razılaşmanı yeniləməyib.

Nəticədə yanvar ayında Rusiya ərazisinə daxil olmuş Polşa yük maşınları fevralın 15-nə qədər bu ölkənin ərazisini tərk etməlidir.

Virtualaz.org