XƏBƏR LENTİ

11 Dekabr 2019

Digər Xəbərlər

22 Noyabr 2019 - 13:31

“Qadınlara qarşı zorakılıqla bağlı xüsusi arayış hazırlamışıq” –Dövlət Komitəsinin sədri

“Qadınlara qarşı zorakılıqla bağlı xüsusi arayış hazırlamışıq”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu problemlər bir gün ərzində olmur: “Bundan əvvəl qadına qarşı zorakılıq hallarını ailədə bilirlər. Ona görə də aidiyyatı qurumlar reaksiya verməlidir. Vaxtında qadına dəstək verilsə, belə hallar olmaz”.

“Bu gün əsas problemlərdən biri də sığınacaqların olmamasıdır. Bizdə sığınacaqlar yoxdur ki, zəruri halda uşaqları yerləşdirək. Uşaqlar hansısa müddətdə o sığınacaqlarda yerləşdirilə bilər, onlara sosial işçilər, psixoloqlar dəstək verə bilər. Dünya ölkələrində belə sığınacaqlar bələdiyyələr tərəfindən yaradılıb”, – Komitə sədri əlavə edib. (report)