XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2019 - 16:30

Bakı-Gəncə qatarının sürəti artırılır –CƏDVƏL

Noyabrın 24-dən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, qatarın Bakıdan və Gəncədən yola düşmə vaxtı olduğu kimi saxlanılacaq, bununla belə qatarın yolda olma müddəti 4 saat 15 dəqiqədən 3 saat 45 dəqiqəyə endiriləcək. Yəni sərnişinlər mənzil başına 30 dəqiqə tez çatdırılacaq. Bunun üçün qatarın sürəti 135 km/saata qaldırılacaq. Sürət artımına nail olmaq üçün Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Yol təsərrüfatı və işarəvermə qurğularının ən müasir tələblərə uyğun işlənməsi, yol yatağının dəyişdirilməsi, elektrik təchizatı sahəsində təmas şəbəkəsinin yenilənməsi və müasirləşdirilməsi qatarların sürətinin artırılmasına şərait yaradıb.

“Sürət həddinin artması ilə əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” vətəndaşlardan təhlükəsizlik qaydalarına daha ciddi riayət etmələrini, yolu yalnız müəyyən olunmuş yerlərdən keçmələrini xahiş edir”, – deyə məlumatda qeyd olunub.

Q. № 702

Bakı-Gəncə

Sürətli sərnişin

 

Q. № 701

Gəncə – Bakı

Yolda olma vaxtı:

3 saat. 45 dəq

24.11.2019-cu il tarixdən etibarən

Yolda olma vaxtı:

3 saat. 45 dəq

Çatma Daya-nacaq Yola düşmə Aralıq məntəqələr Məsafə kod Çatma Daya-nacaq Yola düşmə
8-45 Bakı-sərn. 0 5700000 20-45
8-54 Keşlə 6 547001 20-35
9-00 2 9-02 Biləcəri 14 546808 20-24 2 20-26
9-11 Abşeron 26 548004 20-14
9-16 Puta 33 548108 20-10
9-22 Qaradağ 45 548004 20-04
9-30 Səngəçal 60 548305 19-57
9-35 Qobustan 69 548409 19-51
9-42 Baş Ələt 83 548502 19-44
9-50 Atbulaq 96 548907 19-37
10-01 Pirsaat 116 549100 19-26
10-08 Hacıqabul 127 554202 19-19
10-15 Muğan 139 554306 19-13
10-23 Qarasu 153 554310 19-04
10-31 Padar 165 554325 18-57
10-39 Sığırlı 178 554336 18-48
10-53 Kürdəmir 203 554607 18-34
11-07 Müsüslü 223 554700 18-22
11-21 Ucar 249 554908 18-05
11-32 Ləki 269 555008 17-55
11-46 2 11-48 Yevlax 294 555101 17-40 2 17-42
11-53 Mingəçevir 305 555703 17-32
12-02 2 12-04 Goran 319 555900 17-24 2 17-26
12-10 Kürək-çay 329 557605 17-18
12-17 Dəliməmmədli 344 556000 17-10
12-21 Zazalı 349 556104 17-07
12-30 Gəncə 364 556208 17.00