XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2019 - 17:54

“Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir” –Nazir

“Muzeylərə geniş tələbə auditoriyası cəlb edilməlidir”.

Bunu Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “Azərbaycan muzeylərində audio-bələdçi” və “Sənə hekayəmi danışmaq istəyirəm” layihələrinin təqdimat mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, ali təhsil müəssisələri tələbələrinin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir.

“Əlbəttə ki, bu dərslər ödənişsiz olmamalıdır. Bunun üçün Təhsil Nazirliyi ilə də əməkdaşlıq edilməlidir. Təəssüf ki, bu layihə mənim arzum olaraq qalır”, – deyə nazir qeyd edib. (apa)