XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Noyabr 2019 - 18:17

Prezident Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayırıb –Sərəncam

Prezident İlham Əliyev “Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamla Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 34,3 milyon (otuz dörd milyon üç yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.