“Bu gün bir nəfər deyə bilməz ki, kiminsə xahişi, tapşırığı ilə SOCAR-a işə götürülüb”.
Strateq.az apa.az-a istinadən xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev gənc neftçilərlə görüşü zamanı bildirib.
R.Abdullayev bildirib ki, SOCAR-ın İnsan Resursları Departamentinin işi yüksək səviyyədə təşkil olunub.
“Şəxsən öz adımdan da arxayınlıqla deyə bilərəm ki, belə neqativ hallar mövcud deyildir”, – deyə, SOCAR prezidenti bildirib.