XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2019 - 15:33

Matviyenko Azərbaycan rəhbərliyinə təşəkkür edib- Rus dilinə olan diqqətə görə

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko rus dilinə olan diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.

“APA”-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə o, Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumda çıxışı zamanı bildirib.

Rusiya-Azərbaycan əməkdaşlığında humanitar əlaqələrin xüsusi rol oynadığını vurğulayan V. Matviyenko deyib ki, Bakı Slavyan Universitetində rus dilinin öyrənilməsi, slavyan xalqlarının adət-ənənələri və mənəvi dəyərlərinin qorunub saxlanması istiqamətində böyük işlər həyata keçirilir.

Rusiya Federasiya Şurasının sədri Azərbaycanda M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin, İ. M. Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin filiallarının fəaliyyət göstərdiyini və təxminən 400-ə yaxın məktəbdə tədrisin rus dilində aparıldığını da qeyd edib.

“Biz hər zaman rus dilinə bu qədər diqqətli münasibətinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edirik”, – deyə V. Matviyenko vurğulayıb.