XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Noyabr 2019 - 11:00

Rusiyanın peyki orbitdən çıxaraq atmosferdə yanıb –Rusiya Müdafiə Nazirliyi açıqlama yaydı

Rusiyanın “Kosmos-2422” kosmik aparatı orbitdən çıxaraq Sakit okeanı hövzəsi üzərində atmosferin sıx qatlarını keçən zaman alışaraq hissələrə bölünüb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Bu kosmik aparat qitələrarası ballistik raketlərin atışlarını izləyə və bu məlumatları Yerə ötürə bilirdi.

Qeyd edək ki, sözügedən peyk fəzaya 2006-cı ildə “Plesetsk” kosmodromundan buraxılmışdı. /APA