XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2019 - 13:26

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Strateq.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu gecə 4-6°, gündüz 6-9° isti, Bakıda gecə 4-6°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 % olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq.