XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2019 - 15:49

Məktəblilər Heydər Əliyev adına Hərbi Liseydə olub –VİDEO

Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edən namizədlər liseydəki təlim-tədris şəraiti ilə tanış olublar.

Gələcəkdə zabit olmaq istəyən şagirdlərin hərbi liseydə mövcud olan şəraitlə tanış olması artıq ənənə halını alıb.

Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə Əlahiddə Ümumqoşun Ordunun birgə tədbirlər planına əsasən razılaşdırılmış qrafikə uyğun olaraq keçirilən tədbirdə bu dəfə Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri və hərbi rəhbərləri iştirak ediblər.
Məktəblilərin Hərbi Liseylə tanışlıq prosesi həftədə bir dəfə olmaqla dekabrın 20-dək davam edəcək.