XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2019 - 21:19

“Qəbələ”nin məşqçisi:"Klubun yaşayacağına inanıram"

“Neftçi”yə qarşı fərdi hazırlaşmışdıq. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. Ancaq bunu bacarmadıq”.

Bu sözləri “Qəbələ”nin məşqçisi Elmar Baxşiyev Premyer Liqanın XII turunda “Neftçi”yə 1:4 hesabı ilə uduzduqları səfər matçından sonra söyləyib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, komandalar arasında səviyyə fərqi aşkar görünür: “Sabitliyi qoruya bilmirik. Bu da təcrübəli futbolçuların azlığından gəlir. Meydanda aciz olduğumuzu deməzdim. Rəqibin ustalıq səviyyəsi üstün idi, qol epizodların dəyərləndirdilər. Bizdə isə alınmadı”.

Baxşiyev sponsor məsələsinə də toxunub: “Üzərimizə düşəni edirik. Sponsor işi bizə aid deyil. “Qəbələ”nin yaşayacağına inanıram”.

Report