XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2019 - 09:23

Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz yerinə yetirilib –ƏMDK

Bu ilin əvvəlindən indiyə qədər Azərbaycanda dövlət əmlakının icarəyə verilməsi üzrə daxilolmalar 10,3 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu, 2019-cu il üzrə büdcə proqnozundan 2,3 milyon manat və yaxud 28,75% çoxdur.

2019-cu ildə qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı 261 müqavilə bağlanılıb, 450 müqavilənin müddəti artırılıb. Müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinə gəldikdə isə bu dövlət əmlaklarına dair ümumilikdə 52 icarə müqaviləsi bağlanılıb, 34 icarə müqaviləsinin müddəti artırılıb.