XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2019 - 12:18

Bu il ərzində Bakıda 290-dan artıq çoxmənzilli bina mavi yanacaqla təmin olunub –“Azəriqaz”

Azərbaycan Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, bu il noyabr 1-nə olan məlumata görə 293 yaşayış binası üzrə 17 104 mənzil, oktyabr ayında isə 60 yaşayış binası üzrə 2 504 mənzil təbii qazla təmin olunub.