Sumqayıtda evdə partlayış olub.
Sumqayıt şəhəri, Xəzər Bağları ev 104 ünvanında baş verən partlayışa qaz sızması səbəb olub.
Partlayış nəticəsində ev sahibləri – 1931-ci il təvəllüdlü Əliyar Xudiyev və arvadı, 1937-ci il təvəllüdlü Hüsnü Xudiyeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. (apa)