XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

25 Noyabr 2019 - 14:27

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 11% artıb –Dövlət Statistika Komitəsi

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 300,9 min və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,1% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, hava nəqliyyatı ilə daşımaların 99,9% dövlət, 0,1% isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata əsasən, ötən dövr ərzində bu nəqliyyat növü ilə yükdaşıma 4,4% azalaraq 159,1 min ton təşkil edib.