XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2019 - 14:35

Ötən ay Azərbaycanda 13 qadın məişət zorakılığı zəminində qətlə yetirilib –Əliməmməd Nuriyev

“Bu ilin oktyabr ayında Azərbaycanda 13 qadın məişət zorakılığı zəminində qətlə yetirilib”.

Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev “Qadınlara və qızlara qarşı zorakılığa son” kampaniyasına həsr olunmuş dəyirmi masada deyib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində olan qadınlar daha çox dələduzluq və narkotikə görə həbs edilib: “Hazırda cəzaçəkmə müəssisələrində 400-ə yaxın qadın var. Onlar da, əsasən, narkotik və dələduzluq səbəbindən həbs edilir. Buna da onları həyat yoldaşları vadar edir. Ailədə zorakılıq nəticəsində onlar bu yola əl atır. Bu məsələlər araşdırılmalı və səbəbləri bilinməlidir”. (Report)