XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Noyabr 2019 - 17:20

“Buta Airways”:"Kiyev reysləri "Borispol" aeroportuna yerinə yetiriləcək"

Gələn ilin yanvarın 22-dən etibarən Azərbaycanın aşağı büdcəli aviaşirkəti “Buta Airways” Kiyev istiqamətindəki reyslərini “Borispol” beynəlxalq hava limanına yerinə yetirəcək (IATA: KBP).

Qeyd edək ki, daha öncə reyslər “Julyanı” aeroportuna həyata keçirilirdi.

“Buta Airways”-dan verilən məlumata görə, 27 martadək qüvvədə olan 2019/2020-ci il qış uçuş cədvəli çərçivəsində “Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə − çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir. 2020-ci ilin yay uçuş cədvəli çərçivəsində də reyslərin eyni qrafikə əsasən davam etdirilməsi planlaşdırılır.

“Borispol” beynəlxalq aeroportu Ukraynanın ən böyük hava limanıdır və Kiyevdən 29 km cənub-şərqdə yerləşir. Ukrayna və xarici daşıyıcıların böyük hissəsi reysləri “Borispol” aeroportuna həyata keçirir, bu da öz növbəsində “Buta Airways”in sərnişinlərinə daha rahat birləşmələr planlaşdırmağa imkan verəcək.

Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.