XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 07:52

Misir Mərdanov Vidadi Zeynalovla gizli maliyyə əməliyyatları xəbərinə cavab verməkdən yayındı – [color=red]Açıqlama

Sabiq Təhsil naziri Misir Mərdanovun adı şok yeyinti qalmaqalında hallanır.

Bəzi KİV-lərdə yayılan məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu "ələ verməsi” Misir Mərdanovun da hədəfə alınmasına gətirib çıxarıb.

Mətbuatda yazılanlarda Misir Mərdanovla Vidadi Zeynalovun birgə maliyyə maxinasiyalarının olması barədə iddialar yer alıb. Ötən illər ərzində prezident tərəfindən ümumtəhsil məktəblərinə ayrılan 30 milyon vəsaitin ortadan götürülməsində Misir Mərdanovla Vidadi Zeynalovun birgə "əməkdaşlıq” etdiyi bildirilir. 

Strateq.az xəbər verir ki, modern.az saytı yazılan İddialara Misir Mərdanovdan münasibəti öyrənib. Sabiq nazirin cavabı belə olub:

"Haqqımda yazılanlarla tanış deyiləm. Ona görə də heç bir fikir söyləmək istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, haqqımda bütün yazılanlar kimi, növbəti yazılar da böhtandır. Vəssalam!”