XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

26 Noyabr 2019 - 15:28

Gəncədə 6 yaşlı qız orta məktəbdə ölüb –Təfərrüat

 

Gəncə şəhərində orta məktəbdə ölüm hadisəsi olub.

Hadisə Gəncə şəhər 16 nömrəli orta məktəbdə qeydə alınıb.

Məlumata görə, məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Xəticə Rəhim qızı Hətəmli sinif otağında anidən huşunu itirib və yerə yıxılıb. Onun ölüm səbəbi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin  Gəncə şəhər Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.