XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 08:51

Sabahın HAVA PROQNOZU – [color=red]Bakıda yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağması ehtimalı var, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında fevralın 13-də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcəyədək isti olacaq.