XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2019 - 23:32

Albaniyada zəlzələ:ölənlərin sayı 18 nəfərə çatıb

Albaniyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Bu barədə “France Presse” agentliyi ölkənin müdafiə nazirliyinə istinadən məlumat yayıb.

Daha əvvəl “Exit” portalı 16 nəfərin öldüyü və 600 yaralının olması barədə məlumat yayıb.

Qeyd olunub ki, 43 nəfər dağıntılar altından çıxarılıb.

Zəlzələdən sonra ölkənin paytaxtı Tirana və Durresa şəhərlərində 500-dən çox bina dağılıb.