XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 10:20

Azərbaycanda daha bir bələdiyyə [color=red]ləğv edildi

Naxçıvan Muxtar Resbuplikasının Babək rayonunun Qoşadizə bələdiyyəsi ləğv edilir.

Trend.az-ın məlumatına görə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikası bələdiyyələrin siyahısı”nda müvafiq dəyişiklik bu gün Milli Məclisin plenar iclasında qəbul edilib.

Milli Məclisin payız sessiyasında “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Qanuna əsasən Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrindən çıxarılıb.

Qoşadizə kəndinin 658 hektar təşkil edən ərazisi Babək qəsəbəsinin inzibati ərazisinə birləşdirilib.

Bu dəyişikliyə uyğun olaraq, Qoşadizə bələdiyyəsi də ləğv edilir.