XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

27 Noyabr 2019 - 19:08

Prezident İlham Əliyev Albaniyanın dövlət başçısına başsağlığı verdi:"Xəbər məni olduqca kədərləndirdi"

Prezident İlham Əliyev  Albaniya Respublikasının Prezidenti İlir Metaya başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Albaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.