XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2019 - 19:14

“Bakıda 5 mərtəbəli binaların sökülməsi Baş Plan formatında həll olunan məsələ deyil”- Komitə sədrinin müavini

Bakıda 5 mərtəbəli binaların sökülməsi məsələsi Baş Plan formatında həll olunan məsələ deyil. Bu binaların hər birinin vəziyyətindən asılı olaraq, onların hər biri ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən qərarlar veriləcək.

Trend-in məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, Baş Plan çərçivəsində inkişafı zəruri olan böyük ərazilər – 50, 100 hektarlıq və daha böyük ərazilər müəyyənləşdiriləcək. Həmin ərazilərdə gələcəkdə yeni tikinti layihələri həyata keçirilə bilər: “Bakının yeni Baş Plan layihəsinin əsas mahiyyəti şəhərin zonalaşdırılması, ərazidən daha səmərəli istifadə edilməsi, lazım olduqda şəhərin müəyyən hissələrində məhdudiyyətlərin tətbiq olunması və inkişaf üçün perspektivli olan ərazilərin müəyyən edilməsidir. Baş Plan və onun miqyası, konkret binalar, məhəllələr, küçələrin problemlərini həll etmir, onun miqyası daha genişdir”.