XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 12:41

Eldar Sabiroğlunun “qiyamçı oğlu” [color=red]dindirildi

Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov  Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ifadə verib.

APA-nın məlumatına görə, ifadə verəndən sonra R. Səfərov sərbəst buraxılıb.

R. Səfərov bunun istintaqın gedişi ilə bağlı olduğunu və sabah yenidən ifadə vermək üçün idarəyə çağırıldığını deyib.

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
 
Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
 
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.