XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2019 - 13:24

Sabah Bakıda bu yollar bağlanacaq –Xəbərdarlıq

Nərimanov rayonu Əliyar Əliyev küçəsinin, Ziya Bünyadov prospekti ilə Yusif Vəzir Çəmənzəminli küçəsi arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti noyabrın 29-dan etibarən qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Strateq.az-a verilən məlumata görə, qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Bu üzdən sürücülərdən AAYDA sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.