XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2019 - 15:08

Albaniyada zəlzələ:ölənlərin sayı artıb

Albaniyada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb.

TASS xəbər verir ki, bu barədə baş nazir Edi Rama açıqlama verib.

Bundan əvvəl ölənlərin 35 nəfər olduğu bildirilmişdi.

Dağıntılar altından 45 nəfərədək xilas edilib.

Fəlakət bölgəsində axtarış xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, noyabrın 26-na keçən gecə baş verən 6,4 maqnitudalı zəlzələnin ocağı ABŞ Geologiya Xidmətinin məlumatına görə paytaxt Tirananın 34 kilometr şimal-qərbində, 10 kilometr dərinlikdə yerləşirdi. Yeraltı təkanlar qonşu ölkələrdə də hiss olunub/Report.