XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Noyabr 2019 - 14:39

YAP-çı deputatların iştirakı ilə iclas keçirilir –Parlamentin buraxılması ilə bağlı müzakirələr aparılır

Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında YAP-ı Milli Məclisdə təmsil edən deputatların iştirakı ilə iclas keçirilir.

İclasda parlamentin buraxılması ilə bağlı müzakirələr aparılır. İclasda onlara YAP Siyasi Şurasının qərarı elan olunur.

Qeyd edək ki, bu gün YAP Siyasi Şurasının üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasın yekununda YAP Siyasi Şurasının qərarı qəbul olunub. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunur. /Report