XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2019 - 16:55

Rusiya XİN:"ATƏT xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəklər"

Dekabrın 5-6-da Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının XXVI iclası keçiriləcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, tədbirdə NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunu artırması ilə yanaşı, postsovet ölkələri ərazisindəki münaqişələri də gündəmə gətirmək niyyətindədirlər: “Rusiya nümayəndə heyətinin aralarında Ukraynanın şərqi, Trans Nistru, Dağlıq Qarabağ da olmaq şərti ilə münaqişələrin həllində ATƏT-in səylərinə, Cənubi Qafqazdakı sabitliyə dair Cenevrə müzakirələrindəki həmsədrliyinə, Balkanlardakı fəaliyyətinə dəstək ifadə edəcəyi gözlənilir”.

Report