XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2019 - 20:13

Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək- Bu tarixdə

Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2019-cu il noyabr ayının 29-da Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərinin Sumqayıt ŞPİ-də qəbulunun keçirilməsi nəzərdə tutulub.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.