XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 November 2019 - 21:56

Avropa Liqası:"Astana" sensasiyaya imza atıb, "Trabzonspor" yenə uduzub

UEFA Avropa Liqasında V turun ilk 3 matçı keçirilib.

Qarşılaşmalardan 2-si C qrupunda oynanılıb.

“Krasnodar” Rusiyada “Bazel”ə, İspaniya “Xetafe“si ilə Türkiyədə “Trabzonspor”a eyni hesabla qalib gəlib – 1:0.

L qrupunda isə “Astana” Qazaxıstanda İngiltərə “Mançester Yunayted”i üzərində əzmkar qələbə qazanıb – 2:1.

Lakin bu nəticələrin heç biri komandaların öz qruplarındakı mövqelərinə təsir etməyib. “Bazel” 10 xalla 1-ci pillədə qalıb. “Krasnodar” və “Xetafe” hərəyə 9 xalla 2-3-cü yerləri bölüşür. 1 xala malik “Trabzonspor” isə qrupda qalıb.

“Mançester Yunayted” isə 10 xalla qrup lideridir və 1/16 finala vəsiqəni hələ ötən tur təmin edib. “Astana” isə ilk qələbə sayəsində 3 xal əldə etsə də, yenə qrup sonuncusudur və mərhələ şansını ötən tur itirib/Report.