XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2019 - 08:30

Avropa Liqası:"Qarabağ" növbəti mərhələyə yüksəlmək şansını itirib

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.

Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya” ilə görüşüb.

A qrupunda 1-ci yeri təmin edərək 1/16 finala vəsiqə qazanan İspaniya təmsilçisi “Ramon Sançes Pisxuan” stadionundakı matçda bəzi aparıcı futbolçulara istirahət verib. Növbəti mərhələ şansını son tura qədər uzatmaq əzmində olan “Qarabağ”da isə Qurban Qurbanov kapitan Rəşad Sadıqovu ehtiyatda saxlayıb.

Qarşılaşmanın ilk dəqiqələrindən təşəbbüsə yiyələnən Əndəlüs klubu topa nəzarəti əlində saxlayıb. Lakin daha çox hücum edən Xulen Lopeteqinin yetirmələri fasiləyə qədər bir neçə təhlükəli zərbədən başqa heç nə ilə yadda qalmayıblar. “Qarabağ” isə müdafiəyə qapanaraq imkan düşdükcə əks-hücumlarda rəqibi yaxalamağa çalışıb.

İkinci hissə də eyni ssenari ilə başlayıb. Böyük üstünlüyə malik “Sevilya” təzyiqi daha da artırmağa davam edib. Təmsilçimiz bu təzyiq qarşısında tab gətirməyib. Meydan sahiblərinin 18 yaşlı futbolçusu Brayan Xil avrokuboklardakı debüt matçında hesabı açıb. Buraxılan qoldan sonra da oyuna nəzarət Əndəlüs klubunda olub. Düzdür, futbolçularımız nisbətən fəallığı artırıblar. Lakin oyunda dönüş yaratmaq üçün bunun faydası olmayıb və üstün oyun sərgiləyən ispaniyalılar qələbəni əldən verməyiblər. Lakin oyunda dönüş yaratmaq üçün bunun faydası olmayıb və üstün oyun sərgiləyən ispaniyalılar qələbəni əldən verməyib, hətta 2-ci qolu vurublar.

Beləliklə, “Qarabağ” növbəti məğlubiyyətini alıb. Qrupun digər matçında “Düdelanj” öz meydanında APOEL-ə uduzub. Bu, ikinci yerin sahibinin adına aydınlıq gətirib. Kipr təmsilçisi son turun nəticəsindən asılı olmayaraq 1/16 finala yüksəlib.

“Qarabağ” isə yenə də qrupda qalıb. Hərçənd tarixində ən asan qruplardan birinə düşən Ağdam klubunun püşkatmada bəxti gətirmişdi. “Düdelanj”ın aşkar autsayder, APOEL-in Azərbaycan klublarının “dişinə görə” olduğundan, üstəlik kiprlilərin gözlənilmədən ilk turda autsayderə uduzması üzündən çempionumuz tarix yazaraq mərhələ keçməli, buna borclu idi. Lakin kiprlilərə əvvəl əyani dueldə uduzan “Qarabağ” qiyabi rəqabətdə də zəif olub. Məhz şəxsi oyunlardakı üstünlük səbəbindən son turda Nikosiya klubuna çatmaq imkanı olan Q.Qurbanovun yetirmələri 2-ci yer şansını itirib. (Apasport.az)