XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2019 - 14:39

“Azərpoçt” elektron pul kisəsini istifadəyə verib –Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Azərbaycanın poçt rabitə operatoru “Azərpoçt” MMC “PostPay” elektron pul kisəsini istifadəyə verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, “Android” sistemi ilə çalışan qurğuların dəstəklədiyi mobil tətbiq vasitəsilə başqa elektron pul kisələrindəki hesablara, bank kartlarına, beynəlxalq pulköçürmələri sistemləri vasitəsilə istənilən şəxsə pul köçürmək, mobil rabitə ödənişləri, kommunal xidmət haqları, gömrük rüsumlarını təhlükəsiz və rahat şəkildə həyata keçirmək mümkündür.

“PostPay”də istifadəçilərin rahatlığı, həmçinin müasir ödəmə funksiyalarından istifadənin təmin edilməsi məqsədilə QR kodla ödəmə imkanı mövcuddur. Belə ki, mağazalarda və ya xarici internet saytlarında alış-veriş edən “PostPay” istifadəçiləri tətbiqin “QR kod vasitəsilə ödəmə” funksiyasını seçərək ödəmələrini asanlıqla həyata keçirə bilərlər.