XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

29 Noyabr 2019 - 14:47

“2023-cü ilədək Azərbaycana gələn turistlərin sayı 4 mln-a çatdırılacaq” –Turizm Bürosu

“Azərbaycanda turizmin ümumi daxili məhsulunda (ÜDM) payı 3 faiz təşkil edir”.

Bunu Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində Azərbayan Turizm Bürosunun İcraçı direktoru Florian Zenqstşmid bildirib.

Onun sözlərinə görə, biz bu göstəricini artırmaq istəyirik:”Ölkədə turizm potensialını artırmaqla buna nail olmaq olar”.

O əlavə edib ki, 2023-cü ilə qədər ildə 4 mln turistin cəlbi istiqamətində fəaliyyətlərimizi həyata keçiririk.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9% və ya 264 min nəfər artaraq, təqribən, 2,7 milyon nəfərə çatıb. Bu da 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir. (report)