XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

29 Noyabr 2019 - 20:22

Gürcüstana gələn avropalı turistlər Azərbaycanı da ziyarət edə bilər –Kənan Qasımov

Dövlət Turizm Agentliyi Gürcüstana gələn avropalı turistlərin Azərbaycanı da ziyarət etməsi üçün iş aparır.

Bu barədə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində qurumun aparat rəhbəri Kənan Qasımov məlumat verib.

“Həmin xarici turistlərin azı Balakən və Şəkiyə səfərinin təşkil edilməsi istiqamətində danışıqlar aparılır”, – deyə o, qeyd edib.

Xatırladaq ki, oktyabrın 4-dən Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir. Nümayəndəlik şəhərin Rustaveli prospekti, 16 ünvanında “Azerbaijan. Travel showroom” adı ilə, hər gün saat 10:00-dan 22:00-a qədər ziyarətçiləri qəbul edir. (report)