XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2019 - 00:12

Bakıda avtosalon yanıb –Xəsarət alan var

Bakının Nizami rayonunda yanğın baş verib.

Hadisə Mikayıl Əliyev küçəsində yerləşən “Avtopro” avtomobil salonunda baş verib.

Alov salonun “Servis” mərkəzində başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə xidmətinin texnikası, təcili yardım və polis əməkdaşları cəlb edilib.

Hadisə zamanı “Mercedes” markalı avtomobil yanıb. Digər avtomobillər alovdan mühafizə olunub.

Salonun mühafizəçisi 1954 -cü il təvəllüdlü Həsənov Eldar Əhməd oğlu tüstüdən zəhərlənib. O, xəstəxanaya yerləşdirilib. Yanğın lokallaşdırılıb. (apa)