XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 06:31

Bakıdakı “Formula 1″in biletləri [color=red]bu qiymətlərə olacaq

2016-cı ildə Bakı Şəhər Halqasında gerçəkləşəcək "Formula-1" Avropa Qran-prisi üçün biletlərin qiymətləri açıqlanıb.

Salamnews.az-ın məlumatına görə, Bakı Şəhər Halqasından bildiriblər ki, biletlər müxtəlif kateqoriyalara görə, 19 – 472 dollar (739 manat) arasında dəyişəcək.

"Abşeron" tribunasına (3 gün) olan biletlərin qiyməti 472 dollar, "İçərişəhər" tribunasına 294 dollar, "Muğam" 245 dollar, Qız Qalası 188 dollar, "Bulvar" 120 dollar , "Ayaqüstü" zona isə 19 dollar müəyyən edilib.

Bakı Şəhər Halqasından onu da bildiriblər ki, cari bilet qiymətlərində dəyişiklik etmək hüququna da malikdirlər. Bütün bilətlərin qiyməti dollarla təyin edilib. Gündəlik məzənnəyə uyğun qiymətlər dəyişə bilər.

Qiymət dəyişikliyi satılmış biletlərə şamil olunmayacaq.