XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2019 - 16:04

Naxçıvanda vəzifəli şəxs işdən çıxarılıb- Vasif Talıbov sərəncam imzalayıb

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini işdən çıxarılıb.

“Report” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla Vüsal Şəmsəddin oğlu Sevdimalıyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, V.Sevdimalıyev 2017-ci ildən bu vəzifədə çalışırdı.