XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2019 - 22:40

AVRO-2020:Türkiyə yığması iki oyununu Bakıda keçirəcək

AVRO-2020-nin açılış oyununun iştirakçıları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, iyunun 12-də baş tutacaq matçda İtaliya və Türkiyə yığmaları görüşəcək.

Bu, oyunları Roma və Bakıda baş tutacaq A qrupunun ilk görüşü olacaq. Qarşılaşma İtaliyada keçiriləcək.

Türkiyə millisi digər iki matçını Bakıda keçirəcək. Bu matçlar iyunun 17-də və 21-də baş tutacaq. Türkiyənin İsveçrə ilə II turdakı qarşılaşması da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Bundan başqa, 1/4 final mərhələsinin bir görüşü paytaxtımızda oynanılacaq.