XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Dekabr 2019 - 14:11

2020-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olundu- Özbəkistanın qədim Xivə şəhəri...

TÜRKSOY Daimi Şurasının Qırğızıstanın Oş şəhərində keçirilən 37-ci iclasında Özbəkistanın qədim Xivə şəhəri 2020-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunub.

Azərtac Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Oş şəhərinin meri Taalaybek Sarıbaşev, təşkilata üzv olan dövlətlərin mədəniyyət nazirləri və nazir müavinləri iştirak ediblər.

Azərbaycanı bu tədbirdə Mədəniyyət nazirinin müavini Rafiq Bayramov təmsil edib.

Özbəkistan Mədəniyyət nazirinin müavini Kamola Akilova deyib ki, qədim Xivə Özbəkistanın incisi sayılan şəhərlərin sırasına daxildir. Xivə nə vaxtsa Xarəzm xanlığının mərkəzi olub və hazırda şəhər öz qədim tarixi simasını saxlayıb.