Bu gün Futbol üzrə Azərbaycan Premyer Liqasında “Səbail” “Neftçi”ni qəbul edib.
Strateq.az xəbər verir ki, “ASCO Arena”da baş tutan görüşdə hesab açılmayıb – 0:0.
Bu heç-heçədən sonra xalını 22-ə çatdıran “Neftçi” “Keşlə” ilə 2-3-cü pillələri bölüşürlər.
“Səbail” isə 12 xalla “Qəbələ” ilə son iki sırada qərarlaşıb.