XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 December 2019 - 21:49

Azərbaycan Premyer Liqası:“Neftçi” ikincilik şansını qaçırıb, “Səbail” son sırada qalıb

Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə Bakı klubları “Səbail” və “Neftçi” üz-üzə gəlib.

Qarşılıqlı hücumlarla davam edən matçda qol vurulmayıb. Hərçənd “Səbail” penaltidən fərqlənmək imkanına malik olub. Lakin Ağabala Ramazanov imkanı qaçırıb.

Bu bərabərlik hər iki komanda üçün itki olub. “Neftçi” 2-ci pilləni qaytarmaq imkanını əldən verib. Qələbəsizlik seriyasını 9-a çatdıran “Səbail” isə son pillədən qurtula bilməyib.

Qeyd edək ki, turun ilk günündə “Keşlə” “Sumqayıt”ı 2:1, “Qəbələ” “Zirə”ni 3:0 hesabı ilə məğlub edib. Dekabrın 2-də isə “Sabah” “Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
XIII tur
1 dekabr (bazar)
“Səbail” – “Neftçi” – 0:0
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Səbail”: 1. Aleksandr Rıbka, 4. Eltun Yaqublu (k), 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 34. Urfan Abbasov, 9. Mirsahib Abbasov, 21. Eriko da Silva, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 16. İqor Korotetski, 79. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev
“Neftçi”: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 19. Rauf Əliyev, 25. Kiril Petrov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 77. Donald Qerye, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 18. Tural Axundov, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 28. Stiven Monroz, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə
Baş məşqçi: Roberto Bordin
ASCO Arena”, 15:00