XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2016 - 10:01

Mingəçevir teatrında qalmaqal-[color=red] Direktor polisə çağırıldı

Mingəçevir Dövlət Dram Teatrı ətrafında qalmaqallar səngimək bilmir.

Ölkə.az xəbər verir ki, teatrın direktoru Səxavət Məmmədov Mingəçevir Şəhər Polis İdarəsinə çağırılıb. Direktorun polisə çağırılmasının səbəbi isə iki nəfərin (hələlik adlarını qeyd etmirik – red.) "kitabxanaçı" adı ilə dram artisti ştatına götürülməsi və hələlik tam dəqiqləşdirə bilmədiyimiz digər məsələlərdir. Hətta şəhər Polis İdarəsinin rəis müavini məsələ ilə bağlı teatrda olub.

Bildirilir ki, Səxavət Məmmədov aktyorların gözü qarşısında truppa müdiri Könül Hacıyevanı danlayıb, hətta ona qeyri-etik ifadələr işlətməkdən belə çəkinməyib.

Aktyorlardan birinin dediyinə görə, K.Hacıyeva iki gün öncə baş verən hadisədən sonra işdən çıxmaqla bağlı ərizə yazıb və dünən işə gəlməyib.