XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 December 2019 - 13:47

İsveçrə Futbol Federasiyasının prezidenti:"Yeganə problem Roma və Bakı arasında məsafənin uzaq olmasıdır"

AVRO-2020-nin final mərhələsində qrupdakı iki oyununu Bakıda keçirəcək İsveçrə yığmasının üzləşdiyi problem bəlli olub.

Ölkənin futbol federasiyasının prezidenti Dominik Blan onları narahat edən çətinliyi açıqlayıb.

O bildirib ki, qrup matçlarının keçirildiyi Roma və Bakı arasında məsafənin böyüklüyü ilə saat fərqi çətinlikdir: “Qrupda üzləşdiyimiz yeganə problem uçuşun uzun olması və saat fərqidir”.

Qeyd edək ki, Bakıda iki oyun keçirəcək İsveçrə yığması iyunun 13-də Uels, 21-də Türkiyə ilə qarşılaşacaq. (Apasport.az)