XƏBƏR LENTİ

15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

02 Dekabr 2019 - 19:46

“İrandan diri quş və quşçuluq məhsullarının idxalı bir ildir dayandırılıb” –AQTA

İranda bu il “quş qripi” (H1N1) çox geniş formada yayılıb. Ölkənin Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu il “quş qripi”ndən 37 nəfər ölüb, çox sayda insan xəstəxanaya yerləşdirilib.

Xəstəxanalarda “quş qripi”nə yoluxan insanlar üçün xüsusi palatalar ayrılıb.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, ötən ilin dekabr ayından etibarən İran İslam Respublikasının ərazisində yüksək patogenli quş qripi xəstəliyi qeydə alındığı üçün bu ölkədən diri  quş və quşçuluq məhsullarının idxalı dayandırılıb. (apa)