XƏBƏR LENTİ

15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

03 Dekabr 2019 - 00:41

“Qızıl top”u Messi qazandı –6-cı dəfə

İlin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib.

“France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına Lionel Messi yiyələnib.

Qalibin adı Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. “Şatle” teatrında təşkil olunan mərasimdən öncə mükafata əsas üç namizəd əvvəlki illərdə hərəyə 5 dəfə bu mükafata yiyələnən Lionel Messi (Argentina, “Barselona”) və Kriştianu Ronaldo (Portuqaiya, “Yuventus”), həmçinin Vircil Van Diyk (Niderland, “Liverpul”) idi. K.Ronaldonun qatılmadığı tədbirdə qalib elan olunan “Barselona”nın argentinalı futbolçusu 6-cı dəfə “Qızıl top”a sahib olub.