Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın Dövlət katibi Con Kerri ilə ikinci dəfə bir araya gəlib.
Report-az ria.ru-ya istinadən xəbər verir ki, hazırda davam edən görüşlə bağlı məlumatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Facebook" səhifəsi vasitəsi ilə yayıb.
Qeyd edək ki, Kerri ilə Lavrov iki gün əvvəl Münhendə Suriya ilə bağlı danışıqlar aparmışdı.