XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2019 - 09:20

İraqda nümayişlər davam edir:İranın Baş Konsulluğu növbəti dəfə yandırıldı

İraqın cənubunda şiələrin yaşadığı Nəcəf vilayətində hökumət əleyhinə nümayişlər zamanı etirazçılar tərəfindən İranın Baş Konsulluğunun binası növbəti dəfə yandırılıb.

Son günlərdə baş verən etiraz aksiyalarında İranın Nəcəfdə yerləşən Baş Konsulluğu artıq üçüncü dəfədir ki, yandırılır. Qeyd edək ki, rəsmi Tehran ötən dəfələrdə analoji hadisə baş verərkən İraq hökumətinə etirazını bildirmişdi. İraqın Xarici İşlər naziri Məhəmməd əl-Hakim konsulluğun yandırıldığına görə iranlı həmkarı Cavad Zərifdən üzr istəmişdi. /APA